DSMF məlumat yaydı: Son 5 ayda...

05.06.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 85 598 elektron arayış alınıb.

Bakıvaxtı.az bu barədə Fonda istinadən xəbər verir.

Bu arayışların 38 330-u pensiya, 21 876-sı müavinət və təqaüd, 16 753-ü fərdi şəxsi hesab, 3 379-u ünvanlı dövlət sosial yardımı, 918-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 968-i sağlamlıq imkanları məhdud olan uşaqlar, 3 374-ü əlilliyi olan şəxslərə qulluqla bağlı olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью