DSMF nin 2026 cı il büdcəsi bəlli oldu

29.12.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident Milli Məclisin dekabrın 9-da qəbul etdiyi "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanunu təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, qanuna əsasən, gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə xərclərinin 8 milyard 483,1 milyon manat (bu illə müqayisədə 10,5 % çox) olması proqnozlaşdırılır.

Xərclərin 8 milyard 323,1 milyon manatının DSMF-nin gəlirlərinin (9,3 % çox), 160 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (2,7 dəfə çox) hesabına qarşılanması nəzərdə tutulur.

DSMF-nin büdcəsinin xərclərinin əsas hissəsini əmək pensiyalarının, sosial sığorta haqqı hesabına müavinətlərin ödənişi, həmçinin Fondun aparatının və digər struktur bölmələrinin saxlanılması ilə bağlı xərclər təşkil edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью