DSMF nin 2027 cı il büdcəsi qəbul EDİLDİ

17.11.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclisin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Redaktor.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2027-ci il büdcəsinin gəlirləri 9 milyard 220,5 milyon manat, xərcləri isə 9 milyard 272,54 milyon manat proqnozlaşdırılır.

Xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:

-dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsinin gəlirləri 9 220 500 000,0 manat;

-dövlət sosial müdafiə fondunun 2027-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 52 040 000,0 manat.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью