Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 6 fevral, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşları Birləşmiş Krallığın “Lane Fondun Clark&Peacock LLP” konsaltinq qurumunun təşkilatçılığı ilə keçirilmiş “Sabit sosial ödənişlərə əsaslanan pensiya mexanizmlərində artıq vəsaitdən səmərəli istifadə: imkanlar və yanaşmalar” mövzusunda vebinarda iştirak ediblər.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vebinarda artıq vəsaitlə bağlı ən son tənzimləyici, hüquqi və maliyyələşdirmə məsələlərinin araşdırılması, onun həm sponsorların, həm də benefisiarların maraqlarına uyğun şəkildə yönəldilməsi üçün praktik imkanların araşdırılması, o cümlədən daha geniş pensiya sxemləri üçün əlçatanlığı artıran yeni həllərin nəzərdən keçirilməsi müzakirə edilib.
Vebinarda risklərin idarəolunması və idarəetmənin nəticələri ilə bağlı fəaliyyət göstərən ekspert rəyləri də dinlənilib.