DSMF nin gələn il üçün gözlənilən gəlirləri

05.11.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün gəlirləri 9220,50 milyon manat proqnozlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında müakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il üzrə xərclərinin isə 9272,54 milyon manat məbləğində olacağı nəzərdə tutulur.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью