DSMF nin sədri vəzifəsindən azad edilib, nazir müavini təyin olunub

15.04.2025

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Qabil oğlu Məmişov vəzifəsindən azad edilib.

Hurriyyet.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. 

Daha bir Sərəncamla H.Məmişov maliyyə nazirinin müavini təyin edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью