DSMF nin xərcləri 3 milyard 440 milyon manat olub

11.06.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-may aylarında proqnozla müqayisədə 9 faiz və ya 307 milyon manat çox olmaqla 3 milyard 676 milyon manat təşkil edib.

Axar.az xəbər verir ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 167 milyon manat artaraq 2 milyard 815 milyon manat olub.

Bu ilin 5 ayında DSMF-nin xərcləri isə 3 milyard 440 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 316 milyon manat çoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью