525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin I rübündə proqnozla müqayisədə 9 faiz və ya 183 milyon manat çox olmaqla 2 milyard 132 milyon manat təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 3 faiz və ya 41 milyon manat artaraq 1 milyard 559 milyon manat olub.
Bu ilin 3 ayında DSMF-nin xərcləri isə 2 milyrd 53 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 189 milyon manat çoxdur.