DSMF nin xərcləri ötən ay 626 milyon manat təşkil edib

12.02.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 12 fevral, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar ayında proqnozla müqayisədə 26 faiz və ya 154 milyon manat çox olmaqla 755 milyon manat təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 3 faiz və ya 12 milyon manat artaraq 470 milyon manat olub.

Yanvar ayında DSMF-nin xərcləri 626 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 52 milyon manat çoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью