DSMF nin Zaqatala filialının müdiri piyadanı vurub öldürdü

08.03.2025

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri qəza törədib.
Lent.az xəbər verir ki, hadisə  bu gün axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Ləkit  kəndi ərazisindən keçən hissəsində baş verib. 

Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri Turan Əsədovun idarə etdiyi "Toyota" markalı minik avtomobili 53 yaşlı Natiq Tofiq oğlu Həsənovu vurub. 

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 
Faktla bağlı  araşdırma aparılır.

Faktla bağlı araşdırma aparılır.


***
23:12
Qaxda maşın piyadanı vuraraq öldürüb. 

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan minik avtomobili 53 yaşlı Bakı şəhər sakini Natiq Tofiq oğlu Həsənovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı  araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью