DSMF: Ötən ay 1480 vətəndaş müraciəti cavablandırılıb

03.11.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 noyabr. AZƏRTAC

Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə oktyabr ayı ərzində 1480 vətəndaş müraciəti cavablandırılıb.

Bu barədə AZƏRTAC-a fondun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müraciətlərin 582-si ünvanlı dövlət sosial yardımı, 224-ü pensiya təyinatı, 431-i sosial müavinət və təqaüd, 18-i sosial sığorta və fərdi uçot, 225-i isə digər istiqamətlər üzrə olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью