Статья не опубликована
DSMF sədri vətəndaş qəbulu keçirib | Icma.az

DSMF sədri vətəndaş qəbulu keçirib

07.04.2025

Icma.az, Aznews.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov Fondun Qəbul Mərkəzində Bakıda, eləcə də regionlarda qeydiyyatda olan vətəndaşları qəbul edib

Bu barədə DSMF məlumat yayıb.

Bildirilib ki, qəbul zamanı vətəndaşlar pensiya, ünvanlı dövlət sosial yardımı və təqaüdlə bağlı müraciət ediblər.

Müraciətlərin hər biri qeydiyyata alınıb. Bəzi müraciətlər yerindəcə öz həllini tapıb, bir qisminin isə həll olunması üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıq verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью