Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 14 may, AZƏRTAC
Cari ilin yanvar-aprel ayları ərzində fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 30,7 min vahiddən çox artaraq 2,2 milyon vahiddən çox olub.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 4,3, fiziki şəxslər üzrə 24,6, torpaq mülkiyyətçiləri üzrə isə 1,7 min vahiddən çox artıb.