DSMF və İSFnin büdcə layihələri I oxunuşda qəbul edildi

27.11.2024

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə gəlir və xərcləri 260 700 000,0 manat məbləğində proqnozlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə xərclərinin maliyyələşmə mənbəyi aşağıdakılardır:

– İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri – 206 400 000,0 manat;

– İşsizlikdən sığorta fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən – 54 300 000,0 manat.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

X X X

Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsinin gəlir və xərcləri 7 676 420 000,0 manat məbləğində proqnozlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu, 2024-cü illə müqayisədə 726 560 000 manat, yaxud 10,45% çoxdur.

Layihəyə əsasən, gələn il DSMF-nin xərclərinin maliyyələşmə mənbəyi aşağıdakılardır:

– Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsinin gəlirləri – 7 617 400 000,0 manat;

– Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən – 59 020 000,0 manat.

Fondun 2025-ci il üçün məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərinin həcminin 5997,40 mln. manat və ya gəlirlərin 78,73 faizi qədər təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2024-cü ilin təsdiqlənmiş proqnoz məbləği göstəricisi ilə müqayisədə 519,26 mln. manat və ya 9,48 faiz çoxdur.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью