DSMF və İşsizlikdən sığorta fondunun gələn il üçün gəlir və xərcləri bu qədər OLACAQ

09.12.2025

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələri Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.
Bizim.Media xəbər verir ki, hər iki qanun layihəsi parlamentin bugünkü plenar iclasında üçüncü oxunuşda səsverməyə qoyulub və qəbul edilib.
Layihəyə əsasən, dövlət sosial müdafiə fondunun 2026-cı il üzrə xərcləri 8 483 070 000 manat, gəlirləri 8 323 100 000 manat məbləğində proqnozlaşdırılıb.
İşsizlikdən sığorta fondunun 2026-cı il üzrə xərclərinin 266 400 000,0 manat, gəlirlərinin 238 300 000,0 manat olması nəzərdə tutulub.
Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью