DSMF: Yanvar ayında 47 mindən çox vətəndaş müraciəti qeydə alınıb

05.02.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 5 fevral, AZƏRTAC

Yanvar ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 47 min 729 vətəndaş müraciəti qeydə alınıb.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Müraciətlərdən 17 min 442-si pensiya, 11 min 496-sı müavinət, 1 546-sı Prezident təqaüdü, 11 min 252-si ünvanlı dövlət sosial yardımı, 1 149-u fərdi uçot və sosial sığorta, 176-sı dövlət icbari şəxsi sığorta və 4 min 668-i isə digər istiqamətlərlə bağlı olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью