DSMF: Yanvaroktyabr aylarında 447 mindən çox vətəndaş qəbul edilib AZƏRTAC

18.11.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 18 noyabr, AZƏRTAC

Bu ilin yanvar-oktyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 447 mindən çox vətəndaş qəbul edilib.

Bu barədə AZƏRTAC-a DSMF-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, müraciətlərin 164-ü pensiya, 109 min 148-i müavinət, 15 min 707-si Prezident təqaüdü, 113 min 826-sı ünvanlı dövlət sosial yardımı, 11 min 62-si fərdi uçot və sosial sığorta, 2 min 782-si dövlət icbari şəxsi sığorta və 30 min 315-i isə digər istiqamətlərlə bağlı olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью