DSMF yə yeni sədr təyin olundu Foto | Icma.az
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır. Dövlət Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmri ilə Zəka Aqil oğlu Mirzəyev Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri təyin edilib.
Zəka Mirzəyev 1978-ci ildə anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin
Əmək fəaliyyətinə 2000-ci ildə özəl sektorda hüquq məsləhətçisi kimi başlayan Mirzəyev 2003–2004-cü illərdə hərbi xidmətdə olub.
2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini vəzifələrində çalışıb.
2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi, 2020-ci ildən isə Fondun İdarə Heyətinin sədr müavini olub.
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu