DSMFnin 2025ci il büdcəsinin gəlir və xərcləri 7 676 420 000,0 manat məbləğində olacaq

27.12.2024

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsinin gəlir və xərcləri 7 676 420 000,0 manat məbləğində olacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanunda əksini tapıb.

Bu, 2024-cü illə müqayisədə 726 560 000 manat, yaxud 10,45 faizdən çoxdur.

Qanuna əsasən, gələn il DSMF-nin xərclərinin maliyyələşmə mənbəyi aşağıdakılardır:

- Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsinin gəlirləri - 7 617 400 000,0 manat;

- Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən - 59 020 000,0 manat.

Fondun 2025-ci il üçün məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərinin həcminin 5997,40 mln. manat və ya gəlirlərin 78,73 faizi qədər təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2024-cü ilin təsdiqlənmiş proqnoz məbləği göstəricisi ilə müqayisədə 519,26 mln. manat və ya 9,48 faiz çoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью