DSMFnin büdcəsi birinci oxunuşdan keçdi

27.11.2024

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gələn il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla, 7 milyard 676,4 milyon manat proqnozlaşdırılır. 

Modern.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb. 

Bu da 2024-cü ilin büdcəsinə nisbətən 10,45 % çoxdur. 

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью