DSMFnin xərcləri artaraq 5 milyard 726 milyon manat olub

15.11.2024

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 10 ayında proqnozla müqayisədə 5 faiz və ya 303 milyon manat çox olmaqla 5 milyard 823 milyon manat təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 4 faiz və ya 182 milyon manat artaraq 4 milyard 662 milyon manat olub.

Yanvar-oktyabr aylarında DSMF-nin xərcləri 5 milyard 726 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 676 milyon manat çoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью