DSMFnin xərcləri artaraq 6 milyard 299 milyon manat olub

11.12.2024

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 11 ayında proqnozla müqayisədə 4 faiz və ya 233 milyon manat çox olmaqla 6 milyard 288 milyon manat təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları isə həmin dövrdə proqnoza nisbətən 4 faiz və ya 211 milyon manat artaraq 5 milyard 124 milyon manat olub.

Yanvar-noyabr aylarında DSMF-nin xərcləri 6 milyard 299 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 743 milyon manat çoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью