DSMFnin xərcləri artıb

11.12.2024

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 11 ayında proqnozla müqayisədə 4 faiz və ya 233 mln. manat çox olmaqla 6 mlrd. 288 mln. manat təşkil edib”.

Gununsesi.info xəbər verir ki, bu barədə DSMF-dən məlumat verilib.

Bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 4 faiz və ya 211 mln. manat artaraq 5 mlrd. 124 mln. manat olub.

“Yanvar-noyabr aylarında DSMF-nin xərcləri 6 mlrd. 299 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 743 mln. manat çoxdur”, – deyə məlumatda bildirilib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью