DSX: COP29 zamanı qarşıya qoyulmuş tapşırıqların icrası layiqincə yerinə yetirilib

22.11.2024

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığı BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransının ölkəmizdə keçirilən 29-cu sessiyası – “COP 29” beynəlxalq konfransına hazırlıqla əlaqədar zəruri tədbirlər görülmüş və qarşıya qoyulmuş tapşırıqların icrası layiqincə yerinə yetirilib.

APA xəbər verir ki, bu fikirləri Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov DSX sərhəd qoşunların komandanlığı Şəmkir sərhəd dəstəsində keçirilən brifinqdə jurnalistlərə açıqlamasında deyib.

"Bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığı quruda sərhəd mühafizəsini təmin edən və ölkənin strateji maraqlarını qoruyan əsas qurumlardan biridir. Biz əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ciddi inkişaf yolu keçmiş Azərbaycan sərhəd mühafizəsi güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir silah və texnikaya malik olan və qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadirdir. Məhz bu səbəbdən iqlimindən, coğrafi relyefindən, şəraitindən asılı olmayaraq vətənimizin quru sərhədləri sayıqlıqla qorunur, ölkəmizin sərhəd təhlükəsizliyini yüksək səviyyədə təmin olunur", - general-leytenant Araz Məmmədov vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью