DSX generalı: Son 7 ildə dəyəri 162 milyon manatdan çox narkotik dövriyyədən çıxarılıb

22.11.2024

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən bu günədək 162 610 694 manatlıq narkotiki qanunsuz dövriyyədən çıxarıb".

"Report" xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov "Şəmkir" Sərhəd Dəstəsində keçirilən brifinq zamanı deyib.

O bildirib ki, DSX-nin Sərhəd Qoşunlarının Komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən hazırkı dövrədək 1 636 nəfər sərhəd pozucusu, 1021 nəfər rejim pozucusu saxlanılaraq müvafiq dövlət orqanlarına təhvil verilib:

"Eyni zamanda narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində ümumi çəkisi 6 928 kq narkotik vasitə və 533 406 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb və saxlanılan narkotik vasitələrin ümumi təxmini dəyəri 162 610 694 manat təşkil edib".

Daha çox foto burada: PhotoStock.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью