Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Dövlət Sərhəd Xidmətində (DSX) yüksək vəzifələrə yeni təyinatlar olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmrlər imzalanıb.
Vəzifədə irəli çəkilənlərdən biri də general-mayor Azad Abdullayevdir. General DSX-nin Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi təyin edilib.
“Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş A. Abdullayev bu təyinata qədər diviziya komandiri kimi xidmət göstərib.
Sail Ağasəlim