DSX mayorunu döyən idmançılar HAKİM QARŞISINDA

07.01.2025

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

DSX mayorunu döyən idmançılar məhkəmə qarşısına çıxarılıb. 

Lent.az xəbər verir  ki, bir neçə gün əvvəl Bakıda kütləvi davaya görə saxlanılan tanınmış idmançılar bu gün məhkəmə qarşısına çıxarılıb. 

Xətai rayon məhkəməsi həmin idmançıların barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının verdiyi təqdimata baxır. 

Saxlanılan idmançılar - Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq - bir qrup şəxs tərəfindən və ya təkrarən törədildikdə) maddəsi ilə ittiham olunurlar.

Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.

Belə ki, bir qrup idmançıə DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edərək onu döyüblər. 

Hadisə ilə bağlı idmançılar - Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov saxlanılıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью