DSX MƏLUMAT YAYDI: 42 kiloqramdan çox...

07.03.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İrandan Azərbaycana 42 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində mart ayının 5-də saat 20:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 42 kiloqram 950 qram narkotik vasitə (39 kq 650 qram marixuana, 3 kq 300 qram tiryək) və 100 ədəd narkotik tərkibli metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью