DSX nın bir qrup hərbi qulluqçusu təltif edilib I FOTO

12.05.2025

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğunda əldə olunan nailiyyətlərdən danışan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev sərhəd təhlükəsizliyinin mühafizəsinin ali rəhbərlik tərəfindən daim diqqət mərkəzində saxlanıldığını qeyd edib, bununla əlaqədar sərhədçilərin üzərinə düşən məsuliyyətin böyük olduğunu, yüksək peşəkarlıq və fədakarlıqla xidmət etmələrini xüsusi vurğulayıb.

Təltif edilən hərbi qulluqçular göstərilən yüksək diqqət və etimada görə minnətdarlıqlarını bildirmiş, dövlət sərhədinin mühafizəsi üzrə qarşıya qoyulmuş tapşırıqları bundan sonra da layiqincə yerinə yetirəcəklərinə söz veriblər.


AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью