DSX nin əsgəri özünü güllələdi

19.11.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Qazaxda Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Dövlət Sərhəd Xidmətinin Qazaxda yerləşən N saylı hərbi hissəsində baş verib.

Belə ki, rayonun Daş Salahlı kəndində yerləşən hərbi hissəsinin hərbi qulluqçusu, əsgər 2001-ci il təvəllüdlü Ələkbbərov Əkbər Rövşən oğlu xidmət vaxtı odlu silahdan özünə atəş açıb. O, hadisə yerində ölüb.

Qeyd edək ki, intihar edən DSX əsgəri Ə.Əkbərov bu gün İsmayıllıda dəfn ediləcək.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Tural Əhmədov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью