Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən elan edilmiş satınalma müsabiqəsinə yekun vurulub.
“Yeni Sabah” xəbər verir ki, DSX-nin N saylı hərbi hissəsində yanacaqdoldurma kalonkasının əsaslı təmirini əhatə edir.
Müsabiqənin qalibi “Predsol” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub. Qurum ilə qalib şirkət arasında 48 min 765,86 manat dəyərində müqavilə imzalanıb. Bakıda online alış-veriş
Qeyd edək ki, “Predsol” MMC bir müddət əvvəl əmək qanunvericiliyini pozduğuna görə məhkəməyə verilib. Belə ki, şirkət barəsində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işlərin yerinə yetirilməsinə cəlb etdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib olunub və iş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun icraatına verilib. Qanunvericiliyə əsasən, bu inzibati xətaya görə hüquqi şəxslər 20 min manatdan 25 min manatadək cərimə edilirlər.
Cəlalə Cəlalqızı