DSX nin ötən gün vəfat edən 18 yaşlı əsgəri dəfn olundu

09.06.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2007-ci il təvəllüdlü Rasim Raməddin oğlu Həsənli dəfn olunub.

Oxu.Az xəbər verir ki, mərhum doğulduğu Biləsuvarın Əsgərabad kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Rasim Raməddin oğlu Həsənli dünən xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Sərhəd Xidmətinin xəstəxanada vəfat edən 18 yaşlı əsgəri Biləsuvarda dəfn olunub

Posted by Oxu.az on Monday, June 9, 2025

Aqil Vəlili

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью