DSX nin tarixinə düşən general VƏFAT ETDİ

18.09.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı və ilk sərhədçi generalı İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib.
Bizim.Media Baku.ws-ə istinadla xəbər verir ki, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub.
O, Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasında xüsusi xidmətləri olan hərbçilərdən biri kimi tanınırdı.
 

İ.Allahverdiyev 1991-1992-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb.


Həmin ildən Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini və Azərbaycan Sərhəd Qoşunlarının ilk komandanı kimi fəaliyyət göstərib. O, 1992-1994-cü illərdə bu vəzifədə Azərbaycan sərhəd xidmətinin təşəkkülü prosesində iştirak edib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью