DSX nin Xüsusi Məktəbinə qəbul başlayır

07.04.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət Sərhəd Xidməti (DSX) Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı aprelin 13-də keçiriləcək.

“Cebheinfo.az” xəbər verir ki, şagirdlər və ya onların valideynləri “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub. Şagirdlər imtahana aşağıdakı sәnәdlәri gәtirmәlidirlər:

şәxsiyyәt vәsiqәsini (vəsiqədə şəkli olmayan şagirdlər tәhsil aldıqları tәhsil müәssisәsi tәrәfindәn verilәn arayışı (arayışa şagirdin 3x4 ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә tәsdiqlәnir));
imtahana buraxılış vәrәqәsini.

Nigar
“Cebheinfo.az”
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью