DSX və Daxili Qoşunların hərbçilərinə də mənzil verilə bilər TƏKLİF

03.02.2025

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

"Hərbi qulluqçuların statusu haqqında" qanuna, "Hərbi Xidmət keçmə haqqında" əsasnaməyə görə, Daxili Qoşunlarda və Dövlət Sərhəd Xidmətində hərbi xidmət keçmiş şəxslərə müəyyən ildən sonra ev almaq hüquqları olsa da, onlara mənzil verilmir, yalnız Azərbaycan Ordusunda hərbi xidmət keçən şəxslərə verilir”.
Bizim.Media xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentin yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
O, hərbçilərlə müqavilə bağlanmasının vacib olduğunu bildirib:
"Biz onlarla müqavilə imzalamalıyıq. Hərbçi hərb peşəsini seçərkən bilməlidir ki, o , müəyyən il xidmətdən sonra ona mənzil veriləcək, həyatını itirsə, ailə üzvləri hansı sığorta pulu alacaq və s. Biz onlarla əmək müqaviləsi bağlanması məsələsini qanunvericiliyə gətirsək heç, bir problem qalmaz ".
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью