Konkret.az saytına istinadən Icma.az xəbər verir. Xəbər verdiyimiz kimi, İctimai TV-də yayımlanan “Vətəndaş A” serialının rejissoru açıqlama
KONKRET.az xəbər verir ki, məsələnin əslini öyrənmək üçün Qafqazinfo Dövlət Sərhəd Xidmətinə (DSX) sorğu ünvanlayıb.
Xidmətin Mətbuat Mərkəzindən cavab olaraq bildirildi ki, “Vətəndaş A” serialının çəkilişi zamanı istifadə olunan dronun sərhədçilər tərəfindən vurulması həqiqəti əks etdirmir.
Xatırladaq ki, rejissor Elvin Rüstəmzadə dronun havaya qaldırılması üçün icazə alınmadığı səbəbindən vurulduğunu deyib.
Serialın prodüseri Sevinc Əliyeva isə dünənki açıqlamasında çəkilişlər zamanı heç bir dronun Dövlət Sərhəd Xidməti tərəfindən vurulmadığını bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.