DSXdə xidmət etmək istəyənlərin NƏZƏRİNƏ!

06.11.2024

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində (DSX) həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

DSX-dən "Unikal"a verilən məlumata görə, namizədlər müəyyən tələblərə cavab verməlidir. Həmin tələblər bunlardır:

-Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

-30 yaşı keçməməli;

-Fiziki cəhətdən sağlam olmalıdırlar.

Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.

Əlavə məlumat üçün: Ünvan - Bakı şəhəri, Z. Əliyeva küçəsi 30, Əlaqə nömrəsi - 012-493-62-47, https://www.dsx.gov.az/news/1826 .


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью