DSXdə xidmət etmək istəyənlərin NƏZƏRİNƏ!

06.11.2024

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində (DSX) həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

DSX-dən Adalet.az-a verilən məlumata görə, namizədlər müəyyən tələblərə cavab verməlidir. Həmin tələblər bunlardır:

-Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

-30 yaşı keçməməli;

-Fiziki cəhətdən sağlam olmalıdırlar.

Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.

Əlavə məlumat üçün: Ünvan - Bakı şəhəri, Z. Əliyeva küçəsi 30, Əlaqə nömrəsi - 012-493-62-47, https://www.dsx.gov.az/news/1826 .

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью