DSXdə xidmət etmək istəyənlərin NƏZƏRİNƏ!

06.11.2024

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində (DSX) həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

DSX-dən Avtosfer.az-a verilən məlumata görə, namizədlər müəyyən tələblərə cavab verməlidir. Həmin tələblər bunlardır:

-Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

-30 yaşı keçməməli;

-Fiziki cəhətdən sağlam olmalıdırlar.

Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.

Əlavə məlumat üçün: Ünvan - Bakı şəhəri, Z. Əliyeva küçəsi 30, Əlaqə nömrəsi - 012-493-62-47, https://www.dsx.gov.az/news/1826 .

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью