DSXdən “Vətəndaş A”nın dronu ilə bağlı Rəsmi açıqlama

05.12.2024

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, İctimai TV-də yayımlanan “Vətəndaş A” serialının rejissoru açıqlamasında Daşkəsən rayonunda aparılan çəkilişlər zamanı istifadə etdikləri dronun Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən vurulduğunu deyib.

Məsələnin əslini öyrənmək üçün Dövlət Sərhəd Xidmətinə (DSX) sorğu ünvanladıq. Xidmətin Mətbuat Mərkəzindən “Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirildi ki, “Vətəndaş A” serialının çəkilişi zamanı istifadə olunan dronun sərhədçilər tərəfindən vurulması həqiqəti əks etdirmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью