DTX Azər Səricanovun oğlunu da həbs etdi

21.03.2025

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanov həbs olunub.

Adıçəkilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Ə.Səricanova Cinayət Məcəlləsinin 28.277-ci maddəsi ilə ittiham verilib.
O, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə konkret dövlət və ictimai xadimlərin həyatına sui-qəsd hazırlığında təqsirləndirilir.
Səbail Rayon Məhkəməsinin qərarı ilə onun haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə.Səricanov haqqında həbs qərarı verildiyini və CM-in 28.277-ci maddəsi ilə təqsirləndirildiyini vəkili Bəxtiyar Hacıyev də təsdiqləyib.

Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью