DTX dən ƏMƏLİYYAT Həbs edilənlər var VİDEO

12.10.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oktyabrın 10-da Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, özgə əmlakını qəsdən məhv edənlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar.

Bu hadisənin videoları mediada geniş rezonans doğurmuşdu. Artıq qeyd olunan cinayətin icraçı və sifarişçiləri DTX əməliyyatçıları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək və tutulublar.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır, dəlil və sübutlar toplanır. Həbs edilən şəxslərin adları və cinayətin motivi açıqlanmır.

Qeyd edək ki, qəsdən törədilən yanğın nəticəsində “Mercedes”, “Lada” və “Hyundai” markalı minik avtomobillərinin yanar hissələri, həmçinin “Renault” markalı minik avtomobili qismən yanıb.

Yüksək temperaturun təsirindən “Baic” markalı minik avtomobilinin arxa işığı qismən əriyib.


 

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью