DTX əməkdaşları Haçadağa yürüş təşkil ediblər

08.11.2024

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

8 Noyabr - Zəfər Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən Haçadağa yürüş təşkil ediblər.

Yürüş iştirakçıları qarşıya çıxan maneələri uğurla dəf edərək təyin olunmuş yerə vaxtında çatıb, Haçadağın zirvəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını dalğalandırıblar.

Həmçinin yürüş iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəklinin əks olunduğu və Dövlət Təhlükəsizliyi Xidmətinin adı və emblemi olan plakatları nümayiş etdiriblər.(apa)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью