DTX əməkdaşları Heydər Əliyevin məzarını ziyarət etdi Video

12.12.2024

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir Azərbaycanın banisi və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiram bildirilib və məzarı önünə əklil və gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью