DTX əməkdaşları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

12.12.2024

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Bu barədə APA-ya DTX Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir Azərbaycanın banisi və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar DTX rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью