DTX nin saxladığı “Çevik” həbs edildi

14.09.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial şəbəkələrdə “Çevik” kimi tanınan Bağırov Məqsəd Məcid oğlu və Bilalov Kamran Ramiz oğlu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, onlar barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan edilib.

Belə ki, Kamran Bilalov və Məqsəd Bağırov cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində şübhəli bilinirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью