DTX nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

01.02.2026

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elman Məmmədov: “Ayıq-sayıq olmalı, güc orqanlarımıza dəstək verməli, milli həmrəyliyimizi qoruyub saxlamalıyıq”

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 27 yanvar 2025-ci il tarixli məlumatında xarici ölkələrdən birinin Azərbaycanda yerləşən səfirliyinə qarşı terror hücumu həyata keçirməyə cəhd edən şəxslərin saxlanıldığını bildirib.

Sözügedən əməliyyatla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“DTX-nın keçirdiyi sonuncu əməliyyat sübut etdi ki, bəzi qüvvələr hələ də Azərbaycanda dincliyi və sabitliyi pozmağa, xaos və gərginlik yaratmağa çalışırlar. Onların niyyəti müxtəlif terror aktları vasitəsilə cəmiyyətdə qarışıqlıq yaratmaq, xof və vahimə formalaşdırmaqdır.

DTX-nın son əməliyyatı nəticəsində saxlanılan şəxslərə nəzər salsaq görərik ki, onların hamısı azərbaycanlıdır. Yəni onların arasında digər millətlərin nümayəndəsi yoxdur. Lakin bu şəxslər xarici xüsusi xidmət orqanlarının, radikal dini dairələrin təsiri altına düşən, onların sifarişlərinin icraçısına çevrilən şəxslərdir.

Hesab edirəm ki, DTX-nın  bugünə qədər həyata keçirdiyi bütün əməliyyatları kimi bu əməliyyat da olduqca əhəmiyyətli, olduqca önəmlidir. Bu əməliyyat sübut etdi ki, Azərbaycanın xüsusi xidmət orqanları yüksək peşəkarlığa və hazırlıq səviyyəsinə malikdirlər. Məhz onların ayıq-sayıqlığı və peşəkarlığı bu cür terror aktlarının qarşısının alınmasını təmin edir. Bununla yanaşı, baş verənlər bizim hər birimiz qarşısında da mühüm vəzifələr qoyur.

Məlum olay sübut edir ki, anti-Azərbaycan qüvvələri öz bəd niyyətlərindən əl çəkməyiblər və bu gün də təxibatçı fəaliyyətlərini davam etdirməkdə qərarlıdırlar. Bu təhlükədən tam olaraq sığortalanmaq, belə halların qaşısını gələckdə də qətiyyətlə almaq üçün milli həmrəyliyimizi qoruyub saxlamalı, dövlətimizin, Prezidentimizin ətrafında sıx birləəşməkdə davam etməli və güc orqanlarımıza informasiya dəstəyi göstərməli, ayıq-sayıq olmalıyıq. Bizi gələcək uğur və nailiyyətlərə aparan yeganə yol budur”.

Seymur ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью