DTX və DSX birgə əməliyyatla 30 kiloqram narkotik aşkarladı

08.05.2025

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 30 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Bizinyol.info xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı, 1991-ci il təvəllüdlü Əliyev Şəhriyar Vaqif oğlu saxlanılıb. O, xarici ölkədə yaşayan şəxslə cinayət əlaqəsinə girərək, qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı Beyləqanda rayonunda əldə edib, daha sonra Bakıya aparıb, gizlədəcəyi barədə əvvəlcədən razılığa gəlib. Bundan sonra Şəhriyar Əliyev qarşılıqlı razılığa uyğun olaraq, həmin narkotik vasitəni Beyləqan rayonunun Əhmədli kəndi ərazisində gizlədilmiş yerdən götürüb, Bakıya aparmaq məqsədilə avtomobilinə daşıyarkən DTX və DSX əməkdaşları tərəfindən saxlanılıb.

Keçirilmiş baxış zamanı onun üzərindən ümumilikdə çəkisi 30 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla əlaqədar Şəhriyar Əliyev Cinayət Məcəlləsinin 206.3.2 (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) 234.4.1 və 234.4.3-cü (bir qrup şəxs tərəfindən, külli miqdarda və satış məqsədilə narkotik vasitələr əldə etmə, daşıma, saxlama) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью