DTX və DSX sərhəddə əməliyyat keçirdi

07.07.2025

Icma.az, Yenisabah saytına istinadən bildirir.

İrandan 42 kiloqrama yaxın narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Yenisabah.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində birgə əməliyyat-axtarış tədbirləri keçirib.

Nəticədə Azərbaycanın İranla sərhədinin İmişli rayonu ərazisindən keçən hissəsində ümumi çəkisi 42 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələrin (33 kq 125 qr qurudulmuş marixuana, 5 kq 015 qr tiryək, 2 kq 090 qr heroin, 1 kq 440 qr metanfetamin) ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. pizza mizza

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью