DTXdə Zəfər Günü ilə bağlı konsert təşkil olundu FOTO

08.11.2024

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı konsert proqramı təşkil olunub.

Bu barədə Moderator.az-a Dövlət Təhlükəsizlik Xidmətindən bildirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunan konsert proqramı təşkil edilib.

Tədbirdə DTX-nin əməkdaşları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları və Xidmətin “N” saylı hərbi hissəsinin əsgərləri iştirak ediblər.

Konsertdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzusunda mahnıları və zəfər nəğmələri səsləndirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью